Hindistanda qatarın relsdən çıxması nəticəsində 74 nəfər xəsarət aldı

  • Müəllif: admin
  • 23 Avqust 2017 08:33

hind-ambul

Hindistanın Uttar-Pradeş ştatında ekspress qatarın relsdən çıxması nəticəsində 74 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır. 

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə,  bu gün səhər saatlarında “Kaifiyat Express” qatarı Auraya rayonunda yük maşını ilə toqquşub.

Nəticədə 8 vaqon relsdən çıxıb, onlardan biri isə aşıb.

Qəza nəticəsində ölənlər barədə hələlik məlumat verilmir.

Gununsesi.info