
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.
Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Eskişehir-Ankara avtomobil yolunun Balıkuyumcu səmtində baş verib.
Belə ki, ilkin məlumata görə, qəza zamanı ən azı 5 nəfər ölüb, xeyli sayda insan yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Ölü sayının artacağı istisna edilmir.
Qeyd olunur ki, qəzaya səbəb sərnişin avtobusunun ərazidəki körpünün dayaqlarına çırpılması olub.

https://www.youtube.com/watch?v=xQWtkJnj2Yw&feature=youtu.be
Anar
Gununsesi.info












