Dünyanın ən qorxunc evlərinin siyahısında dünya şöhrətli yazıçının evi də var

  • By admin
  • 26 Avqust 2017 08:20

 

3-14

“La Figaro” qəzeti dünyanın müxtəlif ölkələrində yerləşən ən qorxunc görüntüyə malik evlərin siyahısını tərtib edib. Fantastikanın başlıca ünsürlərindən sayılan, bir çox qorxu filminin mövzusuna çevrilmiş pərili evlər insanları qorxutmaqla yanaşı, onların diqqətini də öz üzərinə cəlb edir.

Gununsesi.info xarici mətbuata istinadən dünyanın ən qorxulu evlərinin siyahısını və görüntülərini təqdim edir.

Fougeret qəsri, Vienne/Fransa

1

Vienne əyalətində yerləşən qotik üslubda tikilmiş qəsr, deyilənlərə görə, ruhlar tərəfindən ələ keçirilib. Guya qəsrin sahibəsi ruhlarla dialoqa girmək üçün hər gecə xüsusi seanslar təşkil edir.

Edimburg qəsri, Şotlandiya

2

Bir sıra qətl və edamlara şahid olan bu hərbi qala XII əsrdə inşa edilib. Qalanın gizli yollarını araşdıran 9 alim və 200-dən artıq vətəndaşlardan faiz etibarilə yüzdə 51-i bəzi otaqlarda paranormal hadisələrlə qarşılaşdıqlarını söyləyirlər.

Mark Tvenin evi, ABŞ

3

“Tom Soyyerin macəraları” əsəri ilə şöhrət tapmış və üzlərdə təbəssüm yaradan Mark Tvenin nə vaxtsa insanları qorxudacağı yəqin ki, ağlına gəlməzdi. Lakin hazırda heç kim yazıçının 1874-1891-ci illərdə yaşadığı evə getməyə cəsarət etmir. Amerikan xalqı inanır ki, yazıçının və miningitdən ölən qızı Suzanın ruhu hələ də o evdə dolaşır.

Avenue Frochotda bina, Paris/Fransa

4

Parisdə yerləşən bu bina kənardan sakit görünüşə malikdir. Lakin deyilənlərə görə, 1823-cü ildə inşa edilmiş bu binada bir xidmətçinin ruhu gəzir. Binanın içərisindən qorxunc səslər gəlir.

Karleton villası, ABŞ

5

1895-ci ildə Karleton adasında inşa edilmiş eyniadlı villa silah istehsalından milyonlar qazanan Uilyam O.Vykofa aid olub. Həyat yoldaşını xərçəng xəstəliyindən itirən iş adamı bu villaya köçdüyü gecə dünyasını dəyişib. O vaxtdan bəri boş qalan villada ruhlarla yanaşı, vampirlərin də gəzdiyi iddia edilir.

Gununsesi.info