
Mosulda İŞİD tərəfindən öldürülən 500 nəfərin cəsədlərinin olduğu iki kütləvi məzarlıq tapılıb.
Gununsesi.info Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Kütləvi məzarlıqdan birində 30 cəsəd, digərində 470 isə cəsəd aşkar edilib. Cəsədlər İŞİD-in Mosulu ələ keçirməzdən əvvəl həbs etdiyi və Bados həbsxanasında saxlanılan insanlarındır.
Gununsesi.info












