79 yaşlı qadın mənzilində ölü tapıldı

  • By admin
  • 06 Sentyabr 2017 19:50

FHN
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nizami rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Gununsesi.info-nun FHN-nin saytına istinadən xəbərinə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Şişilova Qalina Nikolayevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info