
Bir çox insan mədən suyu (mineral su) ilə qazlı suyun eyni şey olduğunu fikirləşir. Halbuki bu iki içki arasında ciddi fərqlər var.
Gununsesi.info həmin fərqləri oxucularına təqdim edir.
Mineral su nədir?
Mineral su, yaxud mədən suyu yerin altından çıxan, tərkibində bir çox mineral duzlar və qaz ehtiva edən içkidir. Bu suyu digərlərindən fərqləndirən xüsusiyyət həmin təbii mineralları öz qaynağından əldə etməsidir.
Mədən suyunun tərkibi
Mədən suyunun tərkibi bikarbonat, sulfat, klorit, kalsium, maqnezium, florit, dəmir və sodiumdan ibarətdir.
Bəs qazlı su nədir?
Qazlı su hər hansı içməli suya karbondioksit və bikarbonat əlavə etməklə əldə edilir.
Hər iki suyun ortaq xüsusiyyəti insana rahatladıcı təsir göstərməsidir. Lakin qazlı suyun orqanizmə heç bir faydası yoxdur.
Mədən suyunun faydaları
Mədən suyu rahatladıcı effektə malik olmaqla yanaşı, mədə-bağırsaq sisteminə müsbət təsir göstərir. O, həm də böyrəyin funksiyalarını tənzimləyir.
Mədən suyu dərini cavanlaşdırır və dartaraq qırışların qarşısını alır.
Mədən suyu fiziki hərəkət zamanı itirilmiş mineralların bərpasına kömək edir.
Gununsesi.info












