İŞİD vəsaitlərini Avropa ölkələrinə köçürür - RUSİYA XİN

  • Müəllif: admin
  • 13 Sentyabr 2017 07:00

turan isid

Məğlubiyyətə uğradığını güman edən İŞİD terror qruplaşması nəzarət etdiyi ərazilərdən maliyyə vəsaitlərini Avropa ölkələri də daxil olmaqla, başqa ölkələrə köçürməyə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya XİN-in yeni çağırış və təhlükələr departamentinin direktor müavini Dmitri Feoktistov bildirib.

Onun sözlərinə görə, silahlıların nəzarətində olan ərazilərdən maliyyə vəsaitlərinin geriyə axını ilk dəfədir ki qeydə alınır.

“Aydındır ki, İŞİD bu vəsaitləri terror aktlarının və xaricdəki özəklərinin maliyyələşdirilməsinə yönəldəcək”, – deyə Dmitri Feoktistov bildirib.

Gununsesi.info