
Xuliqanlıq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin 6 avtomobildən oğurluq etməsi də müəyyən edilib.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, xuliqanlıq etməkdə şübhəli bilindiyinə görə tutulan Elmin Babayevin ətrafında Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin aprel-iyun ayları ərzində rayon ərazisində 6 avtomobildən pul, maqnitafon, səsgücləndiricilər, təmir-tikinti alətlərləri və məişət əşyaları oğurlaması müəyyən edilib.
Anar
Gununsesi.info










