Qonşusu Ağarəhim Kərimovu qətlə, arvadı Xanıma bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan şəxs tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 14-də Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan Əfqan Rəhimov münaqişə zəminində bıçaqla arvadı Xanıma və səs-küyə gələn qonşusu Ağarəhim Kərimova xəsarət yetirib.
A.Kərimov hadisə yerində ölüb, Xanım isə xəstəxanaya yerləşdirilib.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Rəhimov tutulub.
Anar
Gununsesi.info