
6 baş inəyi oğurlamaqda şübhəli bilinən Biləsuvar və Cəlilabad rayon sakinləri tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 16-da Aqil Qəhrəmanova məxsus 6 baş inəyi oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Xəqani Xanhüseynov, Cəlilabad rayon sakinləri Musa Nağıyev və qardaşı Orxan tutulublar.
Anar
Gununsesi.info









