Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Gəncə-İmamzadə avtomobil yolunda qeydə alınıb.
Yolu keçmək istəyən 30-35 yaşlarında olan kişi “VAZ 2106” tərəfindən vurulub. Sürücü ağır xəsarət alan piyadanı xəstəxanaya apararkən yaralı yolda ölüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info