Daha bir neftçi faciəli şəkildə öldü - PLATFORMADAKI ÇÜRÜK DƏMİRLƏRİN ÜSTÜNDƏN DƏNİZƏ DÜŞÜB

  • Müəllif: admin
  • 04 Noyabr 2017 13:39

Bu gün səhər saatlarında “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb.

SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.

Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

Gununsesi.info