Almaniyada qeyri-adi qəza - QATAR QABAN SÜRÜSÜ İLƏ TOQQUŞDU

  • Müəllif: admin
  • 15 Noyabr 2017 19:30

Almaniyada ICE yüksəksürət qatarı dəmiryolu xəttini keçən qaban sürüsü ilə toqquşub.

Gununsesi.info xəbər verir ki, qəza barədə Berlin və Brandenburq Federal Polisi məlumat yayıb.

Məlumata görə, toqquşma güclü olduğundan qatar hərəkətini davam etdirə bilməyib. Qatardakı 400 sərnişin başqa qatarla təyinat məntəqəsinə yola salınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Gununsesi.info