Azərbaycanın bu bölgələrində güclü zəlzələ baş verdi - SON DƏQİQƏ

  • Müəllif: admin
  • 16 Noyabr 2017 00:37

Gununsesi.info xəbər verir ki, Ağdam, Bərdə, Gəncə və Tərtərdə güclü zəlzələ baş verib.

Dağıntılar və insan tələfatı barədə hələ ki heç bir məlumat yoxdur.
Yeraltı təkanın ətraf rayonlarda da hiss olunduğu bildirilib. Hazırda xırda təkanlar var.

İnsanlar panika içində küçələrə axışıb.
Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bu barədə məlumat yaymayıb.

Gununsesi.info