Dumanlı hava şəraiti təyyarələrin uçuşuna mane olmayıb

  • Müəllif: admin
  • 16 Noyabr 2017 08:55

Gununsesi.info xəbər verir ki, Bakıda noyabrın 16-da səhər saatlarında müşahidə olunan güclü dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Bu barədə aeroportdan bildirilib. Məlumata görə, duman aeroportunun işinə təsir etməyib.

“Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir”, – deyə aeroportdan bildiriblər.

Gununsesi.info