Rusiyada dəhşətli yanğın: 3 uşaq yanaraq öldü

  • Müəllif: admin
  • 17 Noyabr 2017 23:23


Rusiyanın İrkutsk vilayətində fərdi evdə yanğın baş verib.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, hadisə Svirsk şəhərində qeydə alınıb.

Hadisə nəticəsində 3 uşaq yanaraq ölüb. Yanğın zamanı evdə azyaşlılardan başqa heç kəs olmayıb.

Faktla bağlı cinayət işi açılıb. Yanğının səbəbləri araşdırılır.

Gununsesi.info