Bakıda “Rənc Rover” piyadanı vurdu: ölən var

  • Müəllif: admin
  • 25 Noyabr 2017 16:42


Bakının Nərminanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 25-də saat 4 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Dinar Fardilon idarə etdiyi “Rənc Rover” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info