
İsrail Qüds şəhərində 24 minlik yeni qəbiristanlıq layihəsinə start verib. Layihənin dəyəri təqribən 50 milyon həcmindədir.
Gununsesi.info “habertürk”ə istinadən xəbər verir ki, İsrail hökuməti yer azlığını nəzərə alaraq Qüds şəhərində yerin altında məzarlıq salmaq qərarına gəlib.
Yeni məzarlıqda 24 min insanın dəfn edilməsi gözlənilir. Qəbiristanlıq Qüds şəhərinin Givat Şaul məhəlləsindəki Har Hamenohut qəbiristanlığının altındakı tunelləri genişləndirməklə salınacaq. Burada mərtəbəli qəbirlər qazılacaq. Hər oyuqda bir və ya bir neçə nəfər dəfn ediləcək. Ümumilikdə isə bu qəbiristanlıq 24 min nəfər üçün planlaşdırılır. Mərtəbəli qəbirlərə dəfn olunanların yaxınları liftlərlə qalxacaq. Burada qəbrləri ziyarət etmək üçün hər cür şərait yaradılacaq. İnsanların burada qəbrləri ziyarət etmək üçün havalandırma sistemi və rahat hərəkətləri üçün digər lazımi şərait yaradılacaq.
Yeni qəbiristanlıq layihəsi bahalı olduğundan qəbirlərin də qiyməti baha olacaq. İlk hesablamalara görə, yeraltı qəbiristanlıqdakı qəbirlərin birinin qiyməti bir neçə on min dollar dəyərində olacaq.




Gununsesi.info












