Qadının çantasını oğurladı, içindən 4 manat tapdı

  • Müəllif: admin
  • 04 Dekabr 2017 21:32


Bakıda soyğunçuluq hadisəsi baş verib.

Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində naməlum şəxs 1977-ci il təvəllüdlü Pərvanə Əliyevaya hücum edib. Qadının tək olmasından istifadə edən soyğunçu zorla onun çantasını əlindən alaraq qaçıb. Çantada Pərvanə Əliyevanın şəxsiyyət vəsiqəsi və 4 manat pul olub.

Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Gununsesi.info