Bakıda kütləvi dava - BİR NƏFƏR BIÇAQLANIB, 4 NƏFƏR TUTULUB

  • Müəllif: admin
  • 18 Dekabr 2017 13:12

Bakıda kütləvi dava olub.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada Orxan Qəmbərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində davanın iştirakçıları, Bakı şəhər sakinləri Şahin Hüseynov, Vaqif Hüseynov, Şərur rayon sakinləri Pərvin Hüseynov və Vüsal Quliyev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info