Bakıda dəhşətli qətl: - KİŞİ ARVADININ BAŞINI KƏSDİ, ÖLKƏNİ TƏRK EDƏRKƏN TUTULDU

  • Müəllif: admin
  • 20 Dekabr 2017 09:48

Bakıda qətl törədilib.

Gununsesi.info lent.az-a istinadən məlumat verir ki, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədən, korpus 124, ev 61 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Həsən qızı Çəltikovaya boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib.

Qadın hadisə yerində keçinib. R. Çəltikov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Gununsesi.info