Aygünün daha bir yalanı ortaya çıxdı – “O da gop idi”

  • Müəllif: admin
  • 23 Dekabr 2017 16:50


Əməkdar artist Aygün Bəylər son günlər açıqlamaları ilə gündəmdən düşmür.

Gununsesi.info-nun Axşam.az-a istinadən məlumatına görə, “Səhər-səhər” verilişinin qonağı olan xanəndə daha bir yalanının üstünü açıb.

Aparıcı Elgiz Əkbərin “Bir dəfə xəbər yayıldı ki, dayə qızını döyüb. Onda elə pis olmuşdum ki… Az qalırdım o dayəni tapıb cəzalandırım” sözlərinə Aygün maraqlı cavab verib: “O da növbəti gopdan biri idi”.

Xanəndə daha sonra evindəki işçilərdən gileylənib:

“Evdə 50 işçi saxlayıram. Dayə ilə problem yoxdur. Problem mənim özümdədir ki, çox sadəyəm. Hərdən özümə çay süzəndə durub qulluqçuya da gətirirəm. Nə olar ki, o da insandır da. Amma hərdən əsəbiləşirəm. Mən əsəbləşən kimi də qaçırlar. Hər iki aydan bir işçilər qaçıb gedir”.

Gununsesi.info