Bu bölgələrdə hələ də kəhriz suyundan istifadə edilir

  • Müəllif: admin
  • 24 Dekabr 2017 22:00

Gununsesi.info xəzərxəbər-ə istinadən xəbər verir ki, bəzi bölgələr kimi Zaqatalada da hələ də kəhrizdən istifadə edən xeyli ailə var. Bu quyular əsasən əllə su çıxanadək qazılır. Quyunun divarları uçmasın deyə hər 6 metrdən bir beton tökülür. Ərazidə suyun olub-olmamasını isə dəstənin tərkibində olan geoloq müəyyən edir.

Olduqca ağır və təhlükəli olan bu işdə kiçik bir ehtiyatsızlıq acı nəticə verə bilər. Kəhriz qazanlar deyirlər ki, 15 metrdən sonra havasızlıq ucbatından quyuda çox qalmaq olmur.

Quyunun bir metri 60 manata qazılır. Əgər su çıxmazsa sövdələşməyə əsasən heç bir ödəniş alınmır. Su quyusunu qazarkən həmin məkanın relyefi də mütləq nəzərə alınmalıdır.

Gununsesi.info