
1996-cı ildə vəfat edən və ölümündən əvvəl dünyada baş verən proseslər barəsində proqnozlar verən Vanqa 2018-ci ili də unutmayıbmış.
Gununsesi.info xəbər verir ki, onun üzümüzə gələn il üçün 2 proqnozu var.
Birincisi, Çin güclənərək ABŞ-ı geridə qoyacaq.
Dünyada gedən proseslərə nəzər yetirsək, Çinin ABŞ-a üstün gəlməsi mümkündür. Çünki son dönəmlərdə Çin sürətli inkişaf yolu keçməkdədir və bu ölkənin iqtisadiyyatı dünya iqtisadiyyatının 15,6 faizini təşkil edir. Hazırda Çin ABŞ-dan üstün olmasa da, yaxın zaman ərzində bu üstünlük özünü göstərə bilər.
İkincisi, yeni kəşflər ediləcək.
Vanqanın 2018-ci il üçün növbəti proqnozu isə kəşflərlə bağlıdır. Belə ki, deyilənlərə görə, Venera planetində yeni enerji qaynağı aşkarlanacaq.
Gununsesi.info












