ABŞ-la Çinin Şimali Koreya barədə GİZLİ ANLAŞMASI BƏLLİ OLDU

  • Müəllif: admin
  • 26 Dekabr 2017 17:14

ABŞ-la Çinin Şimali Koreya böhranının həllində qarşılıqlı əməkdaşlıq barədə gizli anlama əldə etməsi bəlli olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Yaponiyanın “Asahi Shimbun” qəzeti yazır.

Qəzetin yazdığına görə, tərəflər qarşılıqlı aktiv informasiya mübadiləsi, iqtisadi sanksiyalar və bölgədə hərbi sahədə əməkdaşlıq etmək barədə gizli razılaşma əldə ediblər.

Mətbu orqanın yazdığına görə, bu gizli anlaşma ABŞ prezidenti Donald Trampın 2017-ci ilin noyabrın 9-da Pekinə səfəri zamanı əldə olunub.  Belə ki, dövlət başçıları saat yarım ərzində məhdud sayda  nümayəndənin iştirakı ilə bu məsələləri müzakirə edib.

Görüş zamanı Çin Kommunist Partiyasının sədri Si Çzınpin Şimali Koreyanın nüvə silahına malik olmasının qeyri-mümkünlüyünü dilə gətirərək, bunun əvəzində Pxenyana iqtisadi sanksiyalarla nüvə silahı sınağından imtinaya vadar etməyin vacibliyini qeyd edib.

Artıq Çin BMT TŞ-nin Şimali Koreyaya tətbiq etdiyi sanksiyaya uyğun olaraq, bu ölkə hərbi təxribatını davam etdirəcəyi təqdirdə yanacaq  göndərməyi məhdudlaşdıracaq.

Razılaşmaya əsasən tərəflər Şimali Koreyada yeni nüvə silahının, ballistik raket, eyni zamanda iqtisadi sanksiyalarla bağlı kəşfiyyat məlumatlarının mübadiləsi aparılacaq.

Gununsesi.info