Bakıda daha bir marşrutda PULSUZ “Wİ-Fİ” İŞƏ SALINDI

  • Müəllif: admin
  • 08 Yanvar 2018 16:30

Bakı şəhərində “Xaliq Faiqoğlu” şirkətinə məxsus 61 saylı avtobus marşrutunda pulsuz “Wi-Fi” xidməti işə salınıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə trend-ə şirkətdən məlumat verilib.

Gələcəkdə bu xidmətin digər marşrutlarda tətbiq olunması planlaşdırılır.

Qeyd edək ki, hazırda 18 və 65 saylı marşrutlarda sərnişinlərə “Wi-Fi” xidməti göstərilir.

Gununsesi.info