Tanınmış hakim Xaqani Məmmədov 56 yaşında evləndi

  • Müəllif: admin
  • 12 Yanvar 2018 11:06

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov nəhayət, subaylığın daşını atıb.

Gununsesi.info sport24.az-a istinadən xəbər verir ki, sabiq FİFA referimiz 56 yaşında ailə həyatı qurub. Bu, onun ilk evliliyidi.

Xatırladaq ki, Məmmədov Azərbaycan ilk FİFA hakimlərindədir. O, milli çempionatımızda 293 oyun idarə edərək bu göstəricidə mütləq rekordçudu.

Gununsesi.info