
Yaponiyanın Qumma prefekturasında Sirane vulkanının püskürməsi nəticəsində 15 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Vulkanın püskürməsi həmçinin qar uçqununa səbəb olub. Uçqun zamanı 9 nəfər xəsarət alıb, bir nəfər qarın altında qalıb.
Sirane vulkanı məşhur Kusatsu kurortu yaxınlığında yerləşir.
Gununsesi.info












