Afrin əməliyyatında türk hərbiçisi həlak olub

  • Müəllif: admin
  • 23 Yanvar 2018 09:20

Türkiyə Silahlı Qüvvələrinin həyata keçiridiyi “Zeytun budağı” əməliyyatı zamanı bir türk hərbiçisi həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə ordusunun Baş Gərargahının yaydığı məlumatda deyilir.

Hadisənin Türkiyənin sərhədyanı Kilis vilayətinin Gülbaba yaşayış məntəqəsinin cənub-şərqində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının yaraqlıları ilə toqquşma nəticəsində baş verdiyi bildirilir.

Gununsesi.info