Ölkə məktəblərində 5 günlük qış tətili başlayıb

  • Müəllif: admin
  • 27 Yanvar 2018 09:25

Bu gündən Azərbaycan məktəblərində 2017-2018-ci dərs ilinin 5 günlük qış tətili başlayıb.

Gununsesi.info xəbər verir ki, tətil yanvarın 31-dək davam edəcək.

Məktəblərdə dərslər fevralın 1-də başlayacaq.

Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.

Qeyd edək ki, Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə də məktəblilər dərsə getməyəcəklər.

Gununsesi.info