Ali Məhkəmənin hakiminin qardaşına  DƏLƏDUZLUĞA GÖRƏ 5 İL 6 AYLIQ CƏZA

  • By admin
  • 07 Fevral 2018 12:04

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə təqsirləndirilən Mahir Kərimova hökm oxunub.

Gununsesi.info xəbər verir ki, Ali Məhkəmənin hakimi Fərhad Kərimovun qardaşı olan Mahir Kərimova 5 il 6 ay cəza verilib. Amma  Azad Məcidovun sədrlik etdiyi hakimlər kollegiyası ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.

İstintaq və məhkəmə dövründə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Mahir Kərimov beləliklə, həbsxanaya düşməkdən qurtulub.

Qeyd edək ki, bu işdə keçmiş deputat və İctimai Televiziyanın sabiq rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərovun da adı keçir. Onlar şərik olublar.

İttihama görə, M.Kərimov “Fateh-N” MMC-nin icraçı direktoru vəzifəsində çalışarkən, bir mənzili bir neçə nəfərə satıb.

“Fateh-N” MMC-nin təsisçisi isə Ələsgər Ömərov olub. O, bir müddət əvvəl dünyasını dəyişdiyi üçün barəsindəki cinayət işinə xitam verilib.

Gülər

Gununsesi.info