Sərdar Cəlaloğlunu dəstəkləmək məqsədəuyğundur -MÜSAVATDAN MÜXALİFƏTƏ TÖVSİYYƏ

  • Müəllif: admin
  • 26 Fevral 2018 16:00
”Azərbaycan müxalifətinin prezident seckilərnin 6 ay önə çəkilməsini əsas gətirərək,  11 aprel seçkilərindən imtina edib boykot takikasını  düzgün hesab etmirəm”
Bunu Gununsesi.info-ya Müsavat partiyasının Avropa təmsilçiliyinin rəhbəri Eldəniz Yüsibov   müxalifətin seçkini boykot qərarına mövqeyini açıqlayarkən bildirib.
O bildrib ki,  onların seçkidən boykot qərarına hörmətlə yanaşsam da, bu qərarın doğru olmadığı qənaətindəyəm. “Hər bir siyasi partiya  seçkiyə hazır olmalıdır. Yəni seçki qurtardı növbəti seçkiyə hazırlaşmalıdır. Belə olan halda  müxalifət Azərbaycanda prezident seçkilərinin 6 ay əvvələ çəkilməsindən narahat olmamalıydı.Fikrimcə, müxalifət  yaranmış şəraitdən asılı olmayaraq seçkiyə qatılmalı idi”- deyə, E.Yüsibov vurğulayıb.
Onun fikrincə, siyasi partiya istənilən halda seçkidə iştirak etməlidir: “Çünki demokratik dəyişikliyin seçkilərdən başqa variantı yoxdur”.
 Seçkinin keçirilməsindəki maneələrə gəldikdə isə E. Yüsibov bildirib ki, seçkilərin necə keçirilməsindən, müxalifət partiyaların seçkidən imtinası nəticə olaraq heç nəyi dəyişməyəcək: “Bu gün keçirilən seçkilərin nəticələrinə nəzər salsaq görərik ki, legitimlik məsələsi  hakimiyyət üçün problem yaratmayıb və bu seçkidə də olmayacaq”.
Müsavatçı hesab edir ki, nə qədər gec deyil, müxalifət təcili qərar verib seçkidə iştirak etməlidir və bundan müxalifətin təmərküzləşməsi üçün istifadə etməlidir.  “Hələ gec deyil.Əgər iştirak etmirsə də, seçkidə iştrakın başqa variantını tapmalıdır”- deyə, o vurğulayıb.
E.Yüsibov müxalifət iştirak etməyəcəyi təqdirdə, seçkiyə qatılmaq barədə qəarar verən  ADR sədri Sərdar Cəlaloğlunu müdafiə etməlidir: “Artıq o namzidəliyini irəli sürüb və imza vərəqələrini də alıb. Müxalifət ona kömək etməlidir və onun seçki kompaniyasında fəal iştirak etməlidir”.
Müsavatçı hesab edir ki,  müxalifət S. Cəlaloğlunun nmzidəliyini səmimiyyətlə dəstəklərsə və  bu prosesdə aktiv iştirak edərsə, ciddi uğurlar əldə edə bilər. “Çünki ADR liderinin müxalifət liderinin vahid namizəd kimi  dəstəklənməsinin  bir çox üstünlükləri var. “Birincisi, ona görə ki, iqtidarın  ona hakimiyyətdə olduğuna görə ittiham edə bilməyəcək. İkincisi, bəziləri kimi hakimiyyətlə bazarlığa gedib parlamentdə təmsil olunmayıb. Üçüncüsü, indiyə kimi S. Cəlaloğlu prezident seçkilərində müxalifətin digər namizədlərini dəstəkləyib. Nəhayət xalq hərəkatının fəallarındandır. Bu vəya digər müsbət keyfiyyətlərə də malikdir.  Odur ki,müxalifət bu, şansı dəyərləndirməlidir”- deyə, E. Yüsibov bildirib.
Mürtəza
Gununsesi.info