İsa Qəmbər Türkiyəyə aparılır - SABİQ MÜSAVAT BAŞQANI ÜRƏYİNİ MÜAYİNƏ ETDİRƏCƏK

  • Müəllif: admin
  • 28 Fevral 2018 09:25

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedəcək. Gununsesi.info bildirir ki, bu barədə

Müsavat başqanı Arif Hacılı deyib.

O bildirib ki, İ.Qəmbər Mərkəzi Klinik Xəstəxanadan evə buraxılacaq: “Daha keyfiyyətli tibbi müayinədən keçməsi üçün İsa bəyin Türkiyəyə getməsi yaxşı olar. İsa bəylə Türkiyəyə gedəcəyik. Orada İsa bəy daha keyfiyyətli tibbi müayinədən keçəcək”.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

Gununsesi.info