Poroşenko İlham Əliyevə başsağlığı verib

  • By admin
  • 05 Mart 2018 14:42

Ukrayna prezidenti Petro Poroşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı verib.

Gununsesi.info-nun məlumatına görə, Poroşenkonun məktubunda deyilir:

“Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində insanların həlak olması barədə dəhşətli xəbər Ukraynada böyük kədər hissi ilə qarşılanıb. Həlak olanların doğmalarına və yaxınlarına Ukrayna xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmağı arzu edirəm”.

Gununsesi.info