AXC fəalı Ülvi Həkimov öz facebook səhifəsində Etibar Məmmədovun 4 iyun qiyamı ilə bağlı açıqlamarına mövqeyini bildirib. Gununsesi.info xəbər verir ki, o qeyd edib ki, Əbülfəz Elçibəy Etibar Məmmədova 17 iyun 1993-cü ildə Kələkiyə getməmişdən 4 saat öncə H.Əliyev, R.Quliyevin yanında “Etibar, gəl, indi sənin fərmanını imzalayım Baş Nazir vəzifəsinə….sonra gec olacaq!” O bildirib ki, Etibar Məmmədov danışdıqca özünü bitirir. Azərbaycanın qara ləkəsi olan ve qanuni hakimiyyətin devrilməsində 4 iyun qiyamına cinayətkarcasına dəstək verərək özünə gülməli haqq qazandırmağa çalışan Etibar Məmmədov guya Elçibəyə birgə ölməyi təklif edib!? Nə bilim qiyam yatırıldıqdan sonra güya onu məhv edəcəklərmiş… Bu adam hər zaman cümlənin axırında deyiləcək sözləri əvvəldə deyir. 7 iyun 1993-cü ildə mən və Rövşən Ağayev prezident Elçibəyin tapşırığı ilə AMİP-in qərərgahında Etibar Məmmədov və onun yaxın “adamları” (sonradan bəlli oldu ki, bu dəstə H.Əliyevin çevrəsi imiş) ilə görüşdük. Onlara ana müxalifət kimi yaranmış vəziyyətdən çıxmaq yolu kimi koalisyon hokümətin qurulması, hakimiyyətin bölünməsi Etibar Məmmədova baş nazir postunun verilməsi (14 iyun 1993) və s. təklif olundu. Əsas təklif kimi Etibar Məmmədovun prezidentlə görüşməsi və PA-na dəvət olunması idi. Gözləmədiyimiz halda bu dəstənin özlərini yekaxana aparması və yumşaq desəm, tərbiyəsizlikləri oldu. Özlərindən razı olan bu girdirmə “ana müxalifət” Elçibəyə gülməli şərtlər sürürdü. Bu tərbiyəsiz dəstə Elçibəyin qururu və şərəfi ilə oynayırdı… “qoy mənə şəxsən zəng edib təklifləri desin və dəvət etsin… biz müzakirə edək, cavabımızı verək və s.”. Onu da bildirim ki, İsa Qəmbər bunların boğazında elə bil kal armud idi, qalmışdı. Hey, İsa bəyin qiybətini edirdilər. O qərərgahdakı Etibar Məmmədovla ayrılanda son sözüm bu oldu ki, “Bəy, ayıbdır, Əbülfəz bəy sənin müəllimin olub, silahdaş olmusan, gəl, gedək görüşək və s”. Sonda “sənin problemin cümlənin sonunda deyiləcək sözləri əvvəl deməyindir… elə bu cür davranışların səni AXC-dən və sonrada hakimiyyətdən uzaqlaşdırdı” nə isə… Bəlli oldu ki, bunlar elə qiyamın tərkib hissəsi imiş siyasi-hərbi müxalifət. Və sonda elə Elçibəy Etibar Məmmədova 17 iyun 1993-cü ildə Kələkiyə getməmişdən 4 saat öncə H. Əliyev, R.Quliyevin yanında “Etibar, gəl, indi sənin fərmanını imzalayım Baş Nazir vəzifəsinə… sonra gec olacaq!”. Cığal Etibar isə hər zamankı kimi səlahiyyət davası və s. danışırdı. Hətta Əbülfəz bəy “bu səlahiyyət məsələləri sonra həll etmək olar” , – deyərək Etibar Məmmədovun baş nazir postuna təyin edilməsi barədə fərmana qol çəkmək istəyərkən H. Əliyev əlindən tutaraq müzakirə edib sabah gələrik… Beləcə Etibar Məmmədov razılaşıb sabah gələrik deyib getdi… Etibar Məmmədov 4 iyun qiyamına siyasi və hərbi dəstək verdiyinə görə, vicdan əzabı çəkib çəkmədiyini bilmirəm… amma onu dəqiq bilirəm ki, o, gələcəkdə qanun qarşısında cavab verəcək.
Elçibəy: “Etibar, gəl, səni Baş nazir təyin edim, sonra gec olacaq!”
- By admin
- 04 İyun 2016 10:57
DİGƏR XƏBƏRLƏR
-
02 May 2024 22:45
Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb
-
02 May 2024 22:40
İsveç XİN: “Xarici agentlər” haqqında qanunun qəbulu Gürcüstanın Aİ-ə üzv olmasına əngəl törədəcək
-
02 May 2024 21:08
Hökumətlə dialoqlarda jurnalist həbslərindən narahatlığımızı çatdırırıq
-
02 May 2024 20:57
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub
-
02 May 2024 20:48
Azərbaycanla Tacikistan arasında konsulluq sahəsində əməkdaşlıq memorandumu imzalanıb
-
02 May 2024 19:21
Azərbaycan və Türkiyə ombudsman təsisatlarının əməkdaşlıq əlaqələri müzakirə olunub
-
02 May 2024 17:28
Ombudsman Aparatının əməkdaşları siyasi məhbuslara baş çəkib
-
01 May 2024 23:28
ABŞ Rusiyaya qarşı yeni sanksiyalarını elan edib
-
01 May 2024 20:51
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
-
01 May 2024 20:00
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
-
01 May 2024 18:02
Strateji əhəmiyyət kəsb edən amillər
-
01 May 2024 15:03
Tbilisi meri:”Düşmənlərimiz ölkəmizdə iğtişaş yaradır”