Gununsesi.info dünya mətbuatına istinadən verdiyi məlumata görə, Hindistanın cənub qərbində yerləşən Kerala ştatında bir nəfər filin hücumuna məruz qalıb. Nəyə qəzəbləndiyi məlum olmayan fil insanı xortumu ilə qaldırıb ayaqlarının altına atıb. Yüzlərlə kilo çəkisi olan filin zərbələri qarşısında müdafiəsiz qalan kişi oradaca can verib.
Qeyd edək ki, Kerala ştatında fil hücumları tez-tez baş verir.
Gununsesi.info












