Gununsesi.info “report”a isitinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir ailənin 5 üzvü yaralanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
İqbal Novruzovun idarə etdiyi “VAZ” markalı avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub. Nəticədə sürücü İ.Novruzov və avtomobildə olan sərnişinlər, onun ailə üzvləri Dünyamin Novruzov, Aytən Novruzova və iki azyaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, İqbal Novruzov Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin əməkdaşıdır.
Gununsesi.info












