Sabah Nazirlər Kabineti istefa verəcək

  • Müəllif: admin
  • 17 Aprel 2018 17:30

Konstitusiyanın tələblərinə görə, prezidenin andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefa verir.

Gununsesi.info xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki,  bundan sonra Nazirlər Kabinetinin formalaşdırılması Konstitusiya üzrə prezidentin üzərinə qoyulmuş vəzifədir:

“Prezident öz istəyinə və görüşlərinə uyğun şəkildə bu vəzifəni icra edəcək və Konstitusiyaya uyğun şəkildə Azərbaycan Respublikasının Nazirlər Kabinetini formalaşdıracaq”.

Gununsesi.info