
Dünyada çox sayda toplum var və onların hər biri özünəməxsus xüsusiyyətlərə malikdir.
Ancaq əkizlərin yaşadığı kənd, əsrlərlə yaşayan insanlar, dəvəquşu ayaqlı xalq…
Gununsesi.info dünyanın ən qəribə yerlərini oxucularına təqdim edir:
1.Cırtdanlar kəndi

Kunminq yaxınlığında yerləşən xüsusi ərazi yalnız cırtdan insanlar üçün nəzərdə tutulub. Onların yaşı 19-48 intervalında dəyişir. Burada yaşayan 125 insan cin, mələk, şahzadə, sərkərdə geyimləri geyinir, göbələyi xatırladan kiçik evlərdə yaşayırlar.
2.Ən xoşbəxt qəbilə – Piraha

Piraha qəbiləsi Braziliyanın Porto Velho şəhərindən 400 kilometrlik məsafədə yerləşən ərazidə yaşayır. Qəbilə üzvləri modern həyatı rədd edir, minimum xərcləri qarşılamaq üçün işləyirlər. Onlar heyvanları incitmir, xoşbəxt ömür sürürlər.
3.Əsrlik insanlar adası

İkarya adasının fərqli xüsusiyyəti ondan ibarətdir ki, burada insanlar ən az 90 il yaşayırlar. Təxmini 10 min nəfərlik əhalisi olan adada heç kim heç yerə tələsmir, alzeimer xəstəliyinin nə olduğunu çox az adam bilir. Burada qonşuluq münasibətləri yüksək səviyyədə inkişaf edib.
4.Əkizlər torpağı

Braziliyada yerləşən Candido Godio əkiz doğum göstəricisi ilə məşhurdur Burada 80 ailə 44 əkiz böyüdür. Alimlər bu vəziyyətin tam səbəbini söyləməkdə bir qədər çətinlik çəkir, bəziləri çoxsaylı əkiz doğumun iqlimdən, bəziləri isə genetikadan qaynaqlandığını iddia edir.
5.Dəvəquşu ayaqlılar

Bu qəbilədə yaşayan insanların ayaqları genetikanın pozulması səbəbindən eynilə dəvəquşunun ayağını xatırladır. Bu səbəbdən qəbiləyə “Dəvəquşu ayaqlılar” adı verilib.
Gununsesi.info












