AXC-nin yubiley medalı təsis olunur

  • Müəllif: admin
  • 25 Aprel 2018 09:37

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yubiley medalı təsis edilir.

Gununsesi.info-nun  məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilir.

Belə ki, bununla bağlı  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilib.