
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-ə danışan bir Energetika Nazirliyinin rəsmisi, ölkəsinin, “yarana biləcək təklif kəsirlərinin təsirini azaltmaq üçün, OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) daxilində və ya xaricindən böyük istehsalçı və istehlakçı ölkələr ilə əməkdaşlıq edə biləcəyini” söyləyib.
“Marja” xəbər verir ki, səlahiyyətli, “ABŞ-ın İran ilə nüvə müqaviləsindən çıxmasından sonra Səudiyyə Ərəbistanı, neft bazarlarında istehsalçı və istehlakçı ölkələrin xeyrinə sabitliyin qorunmasını və qlobal inkişafın davamlılığını dəstəkləməyi öhdəlik götürür” deyib.
Səlahiyyətli, Səudiyyə Ərəbistanının neft hasilatını artırıb artırmayacağı barədə isə bir şərh etməyib.
Trampın İran ilə nüvə müqaviləsindən çıxmaq qərarını açıqlamasının ardından, Səudiyyə Ərəbistanı qərarı dəstəklədiyini və qərardan məmnun qaldıqlarını açıqlamışdı.
ABŞ-ın nüvə müqavilədən çıxmasının, İranın neft ixracının düşməsinə səbəb olacağı gözlənir. Bu azalma bazarlarda təklifin azalmasına səbəb ola bilər. Həmçinin bu proses ilə OPEC-in neft hasilatının azaldılması müqaviləsinin sona çatacağı bildirilir.
GUNUNSESİ.AZ












