Ankara polisi antiterror əməliyyatına başladı - 100-dən çox saxlanılan var

  • Müəllif: admin
  • 30 May 2018 11:47

Səhər saatlarından başlayaraq Ankara polisi genişmiqyaslı antiterror əməliyyatına başlayıb.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, əməliyyat 64 ünvanda aparılır.

Artıq əməliyyat zamanı adı bilinməyən 100-dən çox şəxsin saxlanıldığı da qeyd edilir.

 Digər təfərrüatlar barədə məlumat verilmir.