Hacıqabul rayonu ərazisində baş verən yol qəzası zamanı hadisə yerinə ilk olaraq Dövlət Yol Polisi əməkdaşları gəlib və sərnişinlərə operativ yardım göstərilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib.
O.Mansurzadənin sözlərinə görə, polis əməkdaşları hadisə yerinə gələrək təcili tibbi yardım briqadası çağırıb:
Qeyd edək ki, bu gün günorta saatlarında Bakı-Qazax yolununun Hacıqabul rayonu ərazisindən keçən hissəsində Tiflisdən Bakıya doğru hərəkət edən turist avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub. Avtobusun sərnişinləri Bakıya ekskursiyaya yollanan Gürcüstanın Qori şəhərinin orta məktəb şagirdləri və onları müşayiət edən valideynlər olub.
Hadisə vaxtı avtobusda 20 şagird və 10 valideyn olub. Hadisə nəticəsində 18 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib.









