Xankəndidə Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə dava düşdü - 15 nəfər tutuldu

  • Müəllif: admin
  • 02 İyun 2018 12:49

Azərbaycanın işğal altında olan Xankəndi şəhərində Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə kütləvi dava olub.
Gununsesi.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 15 nəfər tutulub.
Hadisənin məişət zəminində baş verdiyi bildirilir və Təhlükəsizlik Xidməti əməkdaşlarının cəzalandırlıması tələb olunur.
Faktla bağlı məhkəmə tibbi-ekspertizası keçirilib.