Mən də AŞ PA-ya gedəcəm - SƏMƏD SEYİDOV

  • Müəllif: admin
  • 09 İyun 2018 15:24

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sanskiyadan sonra qurumun sessiyasına qatılıb qatılmayacağına dair suala aydınlıq gətirib. Gununsesi.info-nun xəbərinə görə, Səməd Seyidov deyib ki, o Strasburqa gedəcək: “Avropa Şurası Parlament Assambleyasının  yay sessiyasında Büronun üzvü, o cümlədən Azərbaycanı təmsil edən şəxs kini mən də iştirak edib öz mövqeyimi bildirəcəm. Kimsə buna sanksiya qoya bilməz”. 

S. Seyidov deyib ki, AŞPA-da fəaliyyət üçün iki əsas funksiya var: “Bunlardan biri öz ölkəni, ya da Avropanı narahat edən problemlərə dair sənədləri təqdim etmək, ikincisi isə öz mövqeyimizi bildirməkdir. Buna heç bir sanksiya qoyula bilməz. AŞPA-da  bizə qarşı işləyən qüvvələrin fikri o idi ki, biz bu sanksiyalara kəskin reaksiya verərək AŞPA-dan üz döndərək. Başa düşmürlər ki, biz AŞPA-nı bu cür işləyən insanlardan daha yaxşı tanıyırıq. Bir qrup insanların mövqeyinin hansısa mərhələdə reallaşması o demək deyil ki, Azərbaycan qurumdan imtina edəcək. Əksinə, sessiyada aktiv fəaliyyət göstərəcəyik və əminəm ki, onların arzuları ürəklərində qalacaq”.

Elmar