Saakşvilinin həyat yoldaşı deputatlığa namizəd oldu

  • Müəllif: admin
  • 19 Avqust 2016 13:36

sarkasvili

 

Mixail Saakaşvilinin həyat yoldaşı sandra Rulovs oktyabrda  Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak edəcək.
Gürcüstanın keçmiş hakim partiyası olan “Milli birlik hərəkatı” onun namizədliyini irəli sürəcək.
Gununsesi.info gürcü mediasına istinadən xəbər verir ki, Sandra Rulovsun namizədliyi mojaritar qaydada Gürcüstanın Zuqdudi rayonundan veriləcək.
Avqustun 19-da Korçxveli kəndində keçirilən mitinqdə çıxış edən sandra Rulovs deyib ki, o, mübarizəyə hazırdır:   “Mən bu mübaerizədə seçilərimin dəstəyinə arxalanıram”.
O əlavə edib ki, Mişanın (yəni-Mixail Saakaşvilinin-red.) hakimiyyətdən getdiyi dörd il müddətində Gürcüstanda heç bir iş görülməyib. “Hansı ki, bu müddətdə çox iş görə bilərdi. Bu gün Gürcüstanda bir durğunluq hökm sürsə də, mvcud hakimiyyətin bu vəziyyəti dəyişmək niyyəti yoxdur”-deyə. S. Rulovs vurğulayıb.
Rulovs onu da əlavə edib ki, “Milli Birlik hərəkatı” Partiyası keçən seçkilərdə yol verdikləri bir sra səhvlərə görə məğlubiyyətə uğrayıb: “Seçkilərdə iştirak etmək barədə qərar verməmişdən öncə, mən Mişadan soruşdum ki,  seçkilərdə qalib gələcəyimiz təqdirdə, əvvəlki səhvlər təkrarlanmayacaq ki?…  O isə cavabında bildirdi ki, yox. Olmayacaq.”
Onu da əlavə edək ki, S. Rulovs mitinqdə çıxışın menqrel dilində (yəni- yerli dildə və bu dil gürcü dilindən müəyyən qədər fərqlənir-red) çıxış edib.
Gürcüstanda parlament seçkiləri oktaybrın 8-də baş tutacaq.
Gununsesi.info