Ukraynada azərbaycanlı nazirin müşaviri təyin olundu

  • By admin
  • 14 İyun 2018 13:54

Ukraynada azərbaycanlı nazirin müşaviri təyin olundu

Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinə azərbaycanlı müşavir təyin olunub.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, nazir İqor Nasalikin imzaladığı sərəncamla İlham Dadaş oğlu Dadaşov nazirin müşaviri təyin edilib.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İ. Dadaşov 1987-ci ildən Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İ. Dadaşov biznes fəaliyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib.

Evlidir, 4 övladı var.