Ticarət mərkəzinə bazarlığa gəldi, maşınından pulları oğurlandı

  • By admin
  • 21 İyun 2018 14:38

Ticarət mərkəzinə bazarlığa gəldi, maşınından pulları oğurlandı

 Hadisə Qaradağ rayonu ərazisində yerləşən Binə Ticarət Mərkəzində qeydə alınıb.

Ceyhun Ağayev idarə etdiyi “Mersedes” markalı avtomobilini ticarət mərkəzinin dayanacağında saxlayıb alış-verişə gedib.

Qayıdanda isə gözlərinə inanmayıb, avtomobildə olan 2500 manat nəğd pul və əl çantası naməlum oğru tərəfindən oğurlanıb. Zərərçəkmiş dərhal ərazi üzrə 10-cu Polis Bölməsinə məlumat verib. İlkin izahatı zamanı C. Ağayev bildirib ki, pullar və əl çantası avtomobilin şüşəsi sındırılmaqla oğurlanıb.

 Faktla bağlı Qaradağ RPİ-də cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.