OPEC-in qərarı nefti kəskin bahalaşdırıb

  • By admin
  • 22 İyun 2018 17:24

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bu gün Vyanada (Avstriya) keçirilən 174-cü iclasında gündəlik hasilat həcminin 1 mln. barel artırılması dünya bazarında nefti kəskin bahalaşdırıb.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, London əmtəə birjasında “Brent” markalı “qara qızıl”ın 1 barelinin qiyməti 3% artaraq 75,2 ABŞ dollarına yüksəlib.