Rusiyada helikopter qəzaya uğrayıb

  • By admin
  • 22 İyun 2018 18:01

Pilotun öldüyü ehtimal olunur

 Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində helikopter qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks” fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat verib.

“Havadan bunun “Mİ-8″ helikopteri olduğu təsbit edilib. Bataqlıq ərazidə onun qalıqları aşkar edilib. Pilot, ehtimal ki, ölüb”, – mənbə bildirib.

Mənbənin sözlərinə görə, helikopter neft şirkətlərindən birinə aid ola bilər.

“Helikopter infrastruktura xidmət göstərib və ola bilsin ki, texniki səbəblərə görə sərt eniş edib”, – mənbə vurğulayıb.